İnsan
 fiziki qüvvəyə və intelektual qabiliyyətlərə sahibdir. Beş hissiyyat 
orqanı maddi dünyadakı cisimlərin xassələrini əks etdirir. Bu zaman 
insanın intelektual qabiliyyətləri həqiqətin qavranılmasına, real 
həyatın dərkinə cavabdehdir. Bu iki tip qabiliyyətlərin birləşməsi 
bəşəriyyətə maddi və mənəvi mədəniyyətlərin ən yüksək zirvəsinə çatmağa 
imkan verir.
İnsanın intellektual qabiliyyətlərini beş tipə bölmək mümkündür.
1.
 Ümumi qabiliyyətlər – beş fiziki hissiyatlarla ruhun qabiliyyətləri 
arasında aralıq mövqedə durur; bu fiziki duyğunun və ya qavrayışın 
təfəkkürə keçdiyi həmin sahədir.
2. Təxəyyülün gücü – təxəyyüldə müxtəlif predmetləri, obraz və vəziyyətləri ifadə etmək və yaratmaq qabiliyyətidir.
3. Düşüncənin gücü – real predmetləri, xarici aləmdəki hadisələri əks etdirir.
4. Dərketmənin gücü – predmet və hadisələrin mahiyyətini dərk etməyə imkan verir.
5. Yaddaşın gücü – insanın təsəvvür etdiklərini, haqqında düşündüklərini və dərk etdiklərini saxlayır və mühafizə edir.

Şəxsiyyətin
 idrak prosesi – psixoloji biliklərin ən mürəkkəb və sirli sahələrindən 
biridir. Mütəxəssislər tərəfindən bu sahədə yüzlərlə kitab və məqalələr 
yazılmışdır. Bu mənbələrdə onlar qabiliyyətlərin inkişafının necə 
getdiyini izah etməyə cəhd edirlər. Lakin elmdə təcrübəsi olmayan 
adamlar üçün orada yazılanları dərk etmək olduqca çətindir. Bununla belə
 ataların və anaların bu problemə marağı böyükdür. Biz bundan sonrakı 
bir neçə məqalədə predmeti dərk etmə səviyyəsinə və biliyinə uyğun 
olaraq insan qabiliyyətlərinin inkişafı və formalaşması probleminin bəzi
 cəhətləri üzərində qısa da olsa dayanmağa cəhd edəcəyik. Lakin arzumuz 
budur ki, oxuyucu ancaq burda yazılan qədəri ilə kifayətlənməsin, bu 
məsələ haqqında özləri düşünsünlər.

No comments:
Post a Comment