İnsanın öz şəxsiyyətinə olan sevgisi və ehtiramı onu öz mənliyini qorumağa, öz maraqlarını müdafiə etməyə, hər cür pis və zərərli olanlardan uzaqlaşmağa sövq edir. Bu sevgi bizə fitri olaraqverilib və o insan nəslinin qorunmasına xidmət edir.
Əgər özünə instinktiv məhəbbət mötədillik (orta) həddini aşmırsa, o faydalıdır və tərifəlayiqdir; lakin, o mötədillik həddini aşıb insanı məncil və xudbinə çevrirsə, nəticəsi başqa insanlara qarşı tam biganəlik və onların maraqlarına etinasızlıq olacaqdır. Dahi yazıçılar və müəllimlər öz əsərlərində bizim üçün qiymətli bilik gövhərləri, o cümlədən məncil davranışın nanəcibliyinə dair çoxlu dəlillər yığmışlar.

Balaca uşaqlarda təfəkkür proseslərinin özəyində özünə qarşı güclü instiktiv sevgi durur: onlar özlərini ümumi marağın mərkəzində hiss edir və düşünürlər ki, bütün dünya onlardan ötrü yaradılıb, hamı onlara diqqət yetirməli və onlara tabe olmalıdır. Ətrafdakıların ona böyük maraq göstərdiyini görən uşaq, onlardan bütün istəklərinin həyata keçirilməsini tələb edir.
Balaca uşaqların bir çox hərəkət və sözləri böyüklər üçün elə bir əhəmiyyət kəsb etmir, bu hətta onlara bir qədər qəribə görünür, halbuki uşaqların özü üçün onlar məntiqli və başa düşüləndir.
Uşaq ananın konfet və peçenyenı şkafa qoyduğunu görür. O, qətiyyətlə şkafın qapısını açıb, istədiyini götürüb yeyir və anlamır ki, bir halda ki, valideynlər şirniyyatı ortadan götürüblər, demək bunun üçün bir səbəb vardır. Ata və ana “söz başa düşməyən” uşağın hərəkətini düzgün hesab etməyərək, onu cəzaya layiq bilirlər.

Balaca qız gəlinciyə təzə paltar tikmək qərarına gəlir. O, tərəddüd etmədən anasının parçasını götürüb paltar üçün doğramağa başlayır. Ana baş vermiş hadisəni biləndə, əlbəttə, qəzəblənərək, qızınının üstünə qışqıraraq, bunu nə üçün etdiyini soruşur. Uşaq əvvəlcə heyrətlə, lakin tam səmimiyyətlə cavab verir: “bu mənə lazım idi”, sonra bir qədər fikirləşərək, inamla əlavə edir: “mənə lazım idi, ona görə də götürdüm”.
Tərbiyəçilərin və valideynlərin əsas vəsifəsi – ani olaraq ortaya çıxan istəklərin gur axınını lazımi məcraya yönəltmək və “özünəməhəbbət”in “mənəm"liyə böyüməsinə yol verməməkdir.
Bununla bağlı bir-neçə praktiki məsləhət vermək istərdik:
1. Valideynlər uşaqlara daim, lakin nəzakətlə başa salmalıdırlar ki, başqa insanların da ətrafdakı nemətlərdən bəhrələnmək haqqı vardır, ona görə də ailənin hər bir üzvi digərlərinin qayğısına qalmalı, kömək etməli və onlara xidmət göstərməlidirlər.
2. “Özünə rəva bilmədiyini başqalarına arzulama” qızıl qaydası uşaqlara daim təkrar edilməli və praktikada tətbiq olunmalıdır. Uşaqlara öz ehtiyaclarını ödəyərkən və ya öz maraqlarını qoruyarkən əxlaq normalarını gözləməyin vacibliyi çox incəliklə xatırladılmalıdır.
3. Ən vacibi – uşaqda yanan özünəməhəbbət işartısını üfürüb atəşə çevirməməkdir. Valideynlərin sakitləşmək bilməyən məftunluğu kimi heç nə uşağın xarakterini korlamır və onun özünü qiymətləndirməsinə mənfi təsir göstərmir: “Bizim uşağımız qeyri-adidir, o necə də qabiliyyətlidir, O, öz yaşıdlarından ağıllıdır, o, hər şeyə yaradıcı yanaşır” və s. Yersiz təriflər və heyranlıq uşaqda lovğalıq və özündən razılığa gətirib çıxarır. Uşaqda ətrafdakı insanlar üzərində ağalıq etmək, onlara öz baxışlarını və maraqlarını zorla qəbul etdirmək meyli yaranır.
Müdrik valideynlər yaxşı bilir ki, uşağı ruhlandıranda, onu həvəsləndirəndə, o, kiçik yaşlarından mənəvi prinsiplər sistemini mənimsəyir və ona əməl edir və yaxşı başa düşür ki, onun hər bir hərəkəti ya tərifələnir, ya da cəzalandırılır və əgər o, tərifəlayiq hərəkət edərsə onu mükafatlandıracaq və ya əksinə pis hərəkət edərsə cəzalandıracaqlar. Uşaqlar kiçik yaşlarından görsələr ki, mükafat və cəza ictimai həyatın ayrılmaz hissəsidir, onlar öz davranışlarında kənaraçıxmalara yol verməyəcəklər.
Ruhlandırma və həvəsləndirməni və ya yaxşı davranışa görə qazanılmış minnətdarlığın açıq ifadəsini uşağın tərbiyəsinə ziyan vuran və məzəmmətə layiq şişirdilmiş və əsassız tərif və hədsiz məftunluqla qarışdırmaq olmaz. Əgər siz özünüsevən və məncil adama rast gəlirsinizsə, (təəssüflər ki, cəmiyyətdə belələri kifayət qədərdir) əmin olun ki, onun davranışının kökündə - düzgün olmayan tərbiyə, uşağın şəxsiyyətinin inkişaf prosesində bu məsələyə ata və ana tərəfindən kifayət qədər diqqətin yetirilməməsi və cavan ağaca qamətli və gözəl olmaq üçün yardım etməkdə onların səriştəsizliyi durur.
No comments:
Post a Comment