Bir çoxları öz tərcübəsindən bilir ki, öz təbiətinə görə uşaqların qəlbi olduqca zərifdir, uşaqlar çox həssas və hər şey ilə maraqlanandırlar, gördükləri hər bir şeyə onların şəxsi mülahizəsi, öz nöqteyi-nəzərləri vardır.
Təəssüflər olsun ki, əksər valideynlər uşaqlarda mülayimlik, nəzakət, mərhəmət və məhəbbət tərbiyə etmək əvəzinə, onlara kobudluqla və tənqidlə yanaşır, hökm, məcburetmə və qəzəb vasitəsilə təsir etməyə çalışırlar. Bu cür valideyn tərbiyəsinə cəmiyyətin müxtəlif təbəqələrinə aid ailələrdə müşahidə etmək mümkündür.
Atalar və analar öz uşaqlarının insani ləyaqəti ilə az hesablaşırlar. Bu uşağı şəxsiyyət, ailənin bərabər hüquqlu üzvü kimi tanımamağın nəticəsidir. Onlar güman edirlər ki, uşaqlar hələ balacadır, fiziki və psixi baxımdan inkişaf etməyiblər. Ona görə də onların ehtiyaclarına və davranışlarının motivinə diqqət yetirməmək olar. Bu cür mövqenin səhv olması, hansı ki, elm və praktika tərəfindən təsdiq olunmuşdur, uşaqlarla əlaqənin pozulmasına gətirib çıxarır, uşaqlarda böyüklərə qarşı ehtiramı tərbiyə etmir, onlara mənəvi ağrı gətirir. Valideynlərin sərtliyi onların öz uşaqlarına olan məhəbbətinə ziyan yetirir, uşaqların gözündə ata və ananın əhəmiyyətini aşağı salır.
Uşaqlar tez təsirlənən varlıq olub, eyni zamanda zəif və xeyirxahdırlar. Onlar həmçinin eqoist və tələbkar da ola bilirlər. Bədxahlığın kiçik təzahürü onların zərif və həssas ürəyinə ağrı gətirir, qəlbini ağrıdır. Valideynlər uşağa ehtiram göstərməyəndə, onunla razılaşmayanda, ona mehribançılıq, hüsn-rəğbət və anlaşma ilə yanaşmayanda uşaq şiddətli əzab çəkir. Onun əsəb sistemi zəifləyir, psixi müvazinəti pozulur. O, kobudluğa, söyüş və danlağa alışır, təhqirə cavab vermir və valideynlərin sözlərinə görə “gönü qalın”, yəni kobudluğa qeyri-həssas olur. Tədricən uşaq valideynlərindən uzaqlaşır, özünə qapanır ki, bu da onun şəxsiyyətinin fiziki və psixi inkişafını pozur.

Uşağın sual və xahişinə ana kobud və kəskin cavab verir: “kəs səsini”, “rədd ol”, “çərənnəmə”, “zırıldama” və s. Bu cür münasibətə alışmamış uşaq ağlamaqla göstərmək istəyir ki, sevdiyin insanla bu cür danışmaq olmaz. Lakin bir neçə gündən sonra ananın davranışına emosional baxımdan alışaraq, o özü eşitdiyi frazaları işlətməyə başlayacaq, kobudlaşacaq, bu zaman qadağalar və cəza faydasız olacaq. Ana onu söyəndə o cavab qaytaracaqdır.
Əgər ana uşağına ehtiramla yanaşır, onu əzizləyirsə, ona qarşı kəskin sözlərdən və hərəkətlərdən çəkinirsə, bu zaman uşaq valideynlərinin kiçik iradından təsirlənib, öz səhvini etiraf edəcək və özünü yaxşı aparmağa çalışacaqdır. Müdrik valideynlər uşaqda tərifəlayiq şəxsiyyət görür və tez-tez ona qarşı öz rəğbətini aşağıdakı sözlərlə ifadə edirlər: “Sən özünü çox yaxşı aparırsan”, “əgər bundan sonra da özünü bu cür aparsan başqa uşaqlara nümunə olacaqsan”, “Çox sağ ol ki, öz vədini yerinə yetirdin” və s.
Əlbəttə, hər yaş dövrünün xüsusiyyətlərini də nəzərə almaq lazımdır və hər şeyi dəqiqliklə izah etmək mümkün deyildir. Ən mühümü odur ki, uşaqlara böyük ehtiramla yanaşmaq və onlarla kobud rəftardan çəkinmək lazımdır.
İstənilən halda atalar və analar anlamalıdırlar ki, heç bir halda nəzakət və ehtiramın sərhədini keçmək, hələ balaca olduqlarına, çox şeyi bilmədiklərinə və bacarmadıqlarına görə uşaqları ağılsız və dərrakəsiz hesab etmək olmaz. Bilməlidirlər ki, uşaqlarda da özünə hörmət hissi var. Ona görə də valideynlər uşaqlarına nümunə olmalı və uşaqlarının dünyasına ehtiramla yanaşmalıdırlar. Uşaqlar da böyüklər kimi, onları təhqir edən və alçaldan kəslərə nifrət edir, bundan əziyyət çəkir və nəzakətsizlik və kobudluğun istənilən təzahürünü ağrılı halda qəbul edirlər.
No comments:
Post a Comment