Dünyanın hər yerində alimlərin və pedaqoqların yekdil fikiri budur: alkoqol sağlamlıq üçün zərərlidir və insanlara saysız-hesabsız bədbəxtliklər gətirir. Alkoqol fiziki, mənəvi və psixi inkişafı hələ başa çatmamış uşaqlara xüsusən zərərli təsir göstərir. Aşağıda biz bəzi tədqiqatların nəticələrini göstərmişik:
1. Alkoqol – insan üçün öldürücü zəhər və cəmiyyət üçün qorxunc bəladır. O, təkcə dağılma təhlükəsi yaratmır, o, həmçinin uşaqlara saysız-hesabsız iztirablar gətirir, onları gələcəyindən məhrum edir. Alkoqoldan istifadə insanda loru dildə “sərxoşluq” adlanan xüsusi vərdiş yaradır. Alkoqolun orqanizmin bütün fəaliyyətini tənzim edən mərkəzi sinir sisteminə təsiri olduqca güclüdür: danışıq və davranış üzərində nəzarət zəifləyir, nitqin rabitəsizliyi yaranır, yeriş dayanıqsız olur, düşüncə və qərarvermə qabiliyyəti zəifləyir. Alkoqol əgər müntəzəm qəbul edilirsə, əqli və psixiki pozğunluq, dipsomaniya, korsakov sindromu və polinevrit halları yaranır. Alkoqolun uzun müddət qəbulu qarabasmalarla müşahidə olunan alkoqol psixozlarının yaranmasına gətirib çıxarır. İnsana elə gəlir ki, o hansısa fantastik heyvanları görür, kiminsə hədələyici sözlərini eşidir. Bu cür hal üç-beş gün davam etdikdən sonra, xəstə dərin yuxuya gedir. Böhrandan sonra ürək ritminin, tələffüzün, böyrəklərin fəaliyyətinin pozulması müşahidə edilir. Başgicəllənmələr və qan təzyiqinin tərəddüdü yaranır.
Alkoqolizm sağlamlığı məhv edir, orqanizmdə düzəlməsi mümkün olmayan dəyişikliklər törədir.
Alkoqolizm sağlamlığı məhv edir, orqanizmdə düzəlməsi mümkün olmayan dəyişikliklər törədir.
2. Alkoqolun zəhərləyici təsiri elə güclüdür ki, bəzi Avropa ölkələrində spirtli içkilərdən istifadə nəticəsində hər il minlərlə insan dünyasını dəyişərək, biçarə uşaqlarını başlı-başına qoyurlar.
3. Ailənin başçısı içkiyə aludədirsə, bu ailəyə maddi ziyan gətirir. Qazancın bir hissəsi spritli içkilərin alınmasına sərf olunur və bu səbəbdən də uşaqların qidalanması pisləşir ki, bu da onların inkişafına mənfi təsir göstərir.
4. Valideynlərin hər ikisinin sərxoşluğu ailədə əsəb sarsıntıları törədən vəziyyət yaradır. Valideynlər ləyaqət hissini itirir, söyüşçül olur, konfliktə girir və elə hərəkətlərə yol verirlər ki, ayıq vaxtı bunu etməyə, bəlkə də, utanardılar. Uşaqlar valideynlərin davranış tərzini, onların əməllərini mənimsəyirlər. Nalayiq sözlərdən və ifadələrdən istifadə onlar üçün vərdişə çevrilir, çünki onların gözləri və qulaqları buna alışmış olurlar.
5. Alkoqolizm əqli və fikiki cəhətdən zəif uşaqların doğulmasına səbəb olur. Valideynləri içkiyə aludə olmayan uşaqlarla müqayisədə ata və anaları spirtli içkilərdən istifadə edən yüz uşaqdan altmış altısının təhsildə çətinlik çəkdiyi, zəif yaddaşa və intelektual qabiliyyətə malik olduğu müəyyən edilmişdir. Qalanlarının 17%-də eşitmə və nitq qabliyyətində, 17%-də isə digər fiziki qüsurlar aşkar edilmişdir.
6.Sərxoş valideynlərin yaratdığı dava-dalaş uşaqları istirahət və rahatlıqdan, normal yuxudan məhrum edir. Bütün bunlar uşaqların əsəb-psixi vəziyyətinə öz mənfi təsirini qoyur.
7. Valideynlərini daim sərxoş halında görən uşaqlar evdən uzaqlaşmağa çalışır, onları saymır, onlara ikrahla yanaşırlar. Valideynlərinin özlərini ləyaqətsiz apardığını dərk edən uşaqda onlara qarşı güclü və dərin düşmənçilik hissi yaranır. Kənardan dəstək almağa çalışan uşaqlar, hər yoldan ötənlə əlaqə yaratmağa çalışır və bu da son nəticədə onların cəmiyyətin ən pozğun və əxlaqsız üzvlərinin təsiri altına düşməsinə gətirib çıxarır.
8. İçkiyə aludə olan valideynlərin uşaqları öz vəziyyətlərinə görə daxili əzab keçirir, özlərini alçaldılmış kimi hiss edir, öz yaşıdları qarşısında xəcalət hissi keçirirlər.
9. Alkoqollu içkilərin şəxsən uşaqların özlərinə olan mənfi təsirini görməkdən ötrü alimlər tərəfindən araşdırılb ortaya çıxarılmış bəzi rəqəmlərin üzərində dayanaq:
“A” qrupu: Heç vaxt alkoqol qəbul etməyənlər
42 % - yüksək əqli qabiliyyət nümayiş etdirirlər;
49 % - orta səviyyədə qabiliyyət nümayiş etdirirlər;
9 % - pis qabiliyyət nümayiş etdirirlər.
42 % - yüksək əqli qabiliyyət nümayiş etdirirlər;
49 % - orta səviyyədə qabiliyyət nümayiş etdirirlər;
9 % - pis qabiliyyət nümayiş etdirirlər.
“B” qrupu: Ara-sıra alkoqol qəbul edənlər
34% - yaxşı qabiliyyət nümayiş etdirirlər;
56% - orta səviyyədə qabiliyyət nümayiş etdirirlər;
10% - pis qabiliyyət nümayiş etdirirlər.
34% - yaxşı qabiliyyət nümayiş etdirirlər;
56% - orta səviyyədə qabiliyyət nümayiş etdirirlər;
10% - pis qabiliyyət nümayiş etdirirlər.
“C” qrupu: Müntəzəm alkoqol qəbul edənlər
27% - yaxşı qabiliyyət nümayiş etdirirlər;
56% - orta səviyyədə qabiliyyət nümayiş etdirirlər;
15% - pis qabiliyyət nümayiş etdirirlər.
27% - yaxşı qabiliyyət nümayiş etdirirlər;
56% - orta səviyyədə qabiliyyət nümayiş etdirirlər;
15% - pis qabiliyyət nümayiş etdirirlər.
Bu qrupların müqayisəsi aydın göstərir ki, alkoqolun hətta az bir miqdarda müntəzəm qəbulu, əqli qabiliyyətə mənfi təsir göstərir, onu xeyli dərəcədə zəiflədir. Məktəblilər çətinliklə məktəb proqramını mənimsəyir, aşağı qiymət göstəricilərinə malik olurlar.
10. Müntəzəm alkoqol qəbul edən 515 oğlanın və 554 qızın fiziki inkişafının tədqiqi göstərdi ki, yalnız 65 oğlan və 87 qız yaxşı göstəricilərə malikdir. Qalan 450 oğlan və 467 qızda zəif fiziki inkişaf qeydə alınmışdır.
11. Bəzi valideynlər hesab edir ki, yüngül alkoqollu içkilər bədəni gücləndirdiyinə görə guya hətta sağlamlığa xeyirlidir. Onlar günahsız uşaqların təbii meylinə qarşı çıxaraq, onları şərab və pivəyə qonaq edirlər. Artıq deyildiyi kimi, alkoqol- mərkəzi sinir sisteminə təsir göstərən narkotik zəhərdir və onun insan orqanizminə daxil edilməsi onun xəstəliklərə qarşı müqavimətini zəiflədir, müxtəlif bağırsaq, ürək, böyrək, qara və ağ ciyər xəstəliklərini törədir. Hələ fiziki və psixiki yetkinliyə çatmamış uşaqlarda bundan ilk növbədə psixika əziyyət çəkir. Alkoqol istedadları tədricən öldürür, onlar hirsli, kobud, zəif iradəli insanlara çevrilirlər; lakin ən vacibi odur ki, onların əqli o dərəcədə zəifləyir ki, onlar çox vaxt yelbeyin kimi görünürlər.
Beləliklə, alkoqollu içkilərə aludəçilik sosial, mənəvi, fiziki və əqli inkişafa çox zərərli təsir göstərir. Alkoqol tezliklə cəmiyyətə xidmət sahəsində öz atalarını və analarını əvəz edəcək uşaqlarımızın varlığını təhlükə altına alır. Uşaqlarının üstündə əsən, onları sağlam, çalışqan, ağıllı böyütmək istəyən valideynlərin özləri alkoqoldan tamamilə imtina etməli, həmçinin böyüməkdə olan nəsildə daim sərxoşluğa və ümumiyyətlə alkoqollu işkilərin qəbuluna qarşı ən mənfi münasibət tərbiyə etməlidirlər.
No comments:
Post a Comment