Saturday, October 1, 2016

ALTI PEDAQOJİ MƏSLƏHƏT


İngilis filosofu Herbert Spenser, hər birimizin həyatında əhəmiyyətli rol oynayan ailəni mütəşəkkil cəmiyyətin ilkin özəyi adlandırmışdır. Sivilizasiyanın tərəqqisi və mədəniyyətin inkişafı üçün qanunlar nə dərəcədə gərəklidirsə, ailə daxilində onun funksiyalarının və strukturunun müəyyən edilməsi də bir o qədər əhəmiyyətlidir. Ailə işlərinin idarə edilməsində tarazlıq əldə edilməli, evdə bərabərlik və ədalət bərqərar olmalıdır. Yalnız bu zaman, uşaqlar ədəb-ərkana əməl etməyin, qayda-qanunların, cavabdehlik hissinin, ədalətin və insan haqlarını qorumağın həqiqi mənasını qavrayacaqlar. Bunsuz, uşaqların təlim-tərbiyəsinin əsasını təşkil edən fundament – fiziki, intellektual və mənəvi kamillik – əldə oluna bilməz.
Keçmişdə bu fundamental məqsəd uşaqların təlim-tərbiyəsinə olduqca güclü təsir göstərmiş və şübhəsiz, onların qəlbinə insanlıq və mədəniyyət toxumlarını səpməklə gələcəkdə də təsir göstərəcəkdir. Alimlər ailəni kiçik sosial qrup kimi ətraflı şəkildə tədqiq etmişlər. Nəticədə, mütəxəssislərin rəyi bir məsələdə üst-üstə düşmüşdür: diqqət mərkəzində uşaqlara münasibətdə valideynlərin mövqeyi durmalıdır. Bununla bağlı biz bəzi məsələləri nəzərdən keçirəcəyik. Növbəti paylaşımlarda sizə bu 6 pedaqoji məsləhət təqdim olunacaq

No comments:

Post a Comment