Uşaqlar təzə və yaşıl budağa bənzərlər, onları necə tərbiyə etsəniz, elə də böyüyəcəklər.
Zərgər təmiz qızılı aşağı keyfiyyətli qızıldan fərqləndirdiyi kimi, həkim dəqiq diaqnoz qoyduğu kimi, dulusçu müxtəlif növ gili bir-birindən ayırdığı kimi uşaqların təlim-tərbiyəsi ilə məşğul olan mütəxəssislər də uşaq yaşlarının xüsusiyyətlərini bilməlidirlər. Əgər onlar uşağın təfəkkürünü, psixi vəziyyətini, mənəvi və fiziki inkişafını, yəni uşaq psixologiyasını başa düşmək qabiliyyətində deyillərsə, belə tərbiyəçiləri təcrübəsiz və bacarıqsız saatsaza bənzətmək olar. O, saat mexanizmində xırda qüsurları düzəltmək əvəzinə, onu elə xarab edir ki, bir daha düzəltmək mümkün olmur.
Yeni elm sahəsi olan uşaq psixologiyası hələ çox cavan olsa da, uşaq psixologiyasının inkişaf qanunauyğunluqlarıının, onun ruhunun sirlərinin öyrənilməsi sahəsində böyük uğurlar əldə etmişdir. Bir sıra mürəkkəb problemləri həll edərək, o uşaqların təlim-tərbiyəsi sahəsində böyük xidmətlər göstərmişdir.
No comments:
Post a Comment