Friday, September 30, 2016

ANALARIN MƏSULİYYƏTİ


Ailədə ananın vəzifə və məsuliyyətləri, şübhəsiz ki, atanınkından daha yüksəkdir. Məhz ana uşaqlar üçün mənəviyyatın mənbəyidir və bu da onların davranışını müəyyən edir. Daim ana ilə ünsiyyətdə olan uşaq tez bir zamanda onun baxışlarını, fikirlərini, mülahizəsini və vərdişlərini mənimsəyir. Ana heç bir halda uşağın tərbiyəsində məntiqi hədləri keçməməlıidir. O, kamilliklər və tərifə layiq davranış əldə etməyə çalışmalıdır ki, uşaqlar ondan nümunə götürə bilsinlər. Əgər ananın ləyaqəti uşaqların gözündə zəifləyərsə və hörməti azalarsa, onda uşaqların tərbiyəsi çətinləşər və hətta qeyri-mümkün olar. Bunu ata da bilməlidir və heç vaxt ananı uşaqların yanında alçatmamalı və onların gözündə hörmətdən salmamalıdır. Ailədə ananın statusunun aşağı salınması uşağın rifahına zərbə vurar və ailə birliyinin əsaslarını sarsıda bilər. Bu uşaqların tərbiyəsində çox vacib prinsipdir və ona biganə yanaşılmamalıdır.

No comments:

Post a Comment